11 
Iyn
2021
10:19
2996

Mixail Saakaşvili sosial şəbəkədə bəyanat paylaşdı

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə bəyanat paylaşıb.

InterPress.ge xəbər verir ki, Saakaşvili Facebook səhifəsində Gürcüstanın keçmiş Baş naziri, “Gürcüstan üçün”partiyasının lideri Qiorqi Qaxaria-nın komanda yoldaşı, Beka Liluaşvilinin reportajından bir hissəni paylaşıb.

"Həqiqətən bunlar ya utanmaq duyğularını itiriblər, ya da tamamilə axmaqdırlar! Bu limanı 2013-cü ilin sonunda planımıza uyğun açmalı idim və həmişə kağızda yazıldığından daha əvvəl başa çatdırırdıq, bunlar isə deyirlər ki, liman qurula bilməzdi?!

Düşünürəm ki, xalqımız hər şeyi xatırlayır, əgər xatırlamırsa, xatırladacağıq, bunun üçün də çox çalışmalıyıq və başqa cür də işləməyin mümkün olduğunu tezliklə göstərəcəyik", - yazıb Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər