10 
Iyn
2021
20:04
578

NATO Brüssel Sammitində Gürcüstan məsələsi də müzakirə ediləcək

NATO Brüssel Sammitində Gürcüstan məsələsi də müzakirə ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Alyansın müzakirə ediləcək məsələləri və gündəmi əks etdirən sənədində deyilir.

Xüsusilə Gürcüstan məsələsi Nato Brüssel Sammitinin gündəm sənədinin Support rules-based international order adlı beşinci fəslinə daxil edilmişdir və orada Alyansın ortaq dəyərləri olan ölkələrlə əlaqələrini dərinləşdirməsindən bəhs edilir.

“Qaydalara əsaslanan beynəlxalq nizamın qorunması məsələsinə gəldikdə, Rusiya və Çin kimi ölkələr ittifaqın dəyərlərini bölüşmürlər. Onlar bu düzənə qarşı müqavimətlərin önündədirlər. Bu isə müttəfiq ölkələrin təhlükəsizliyinə, dəyərlərinə və demokratik həyat tərzinə təsir edir. Uğurlu qalmaq və Avroatlantik bölgənin qorunmasını və təhlükəsizliyini təmin etmək üçün, NATO müttəfiqlərin təhlükəsizliyi üçün vacib olan sahələrdə qaydalara əsaslanan beynəlxalq nizamın qorunub saxlanmasıyla daha böyük bir rol yerinə yetirməlidir. Buraya ümumi dəyərlərin və maraqların yekdil qorunması daxildir. NATO 2030-un çərçivəsində, müttəfiqlər NATO ilə Asiya-Sakit okean bölgəsi də daxil olmaqla uzaq və yaxın həmfikir ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri dərinləşdirmək üçün qərarlar qəbul edəcəklər", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın