10 
Iyn
2021
19:19
1152

Müqavilə imzalandı - Gürcüstana yüz milyonlarla avro ayrılacaq

Gürcüstan və Fransa İnkişaf Agentliyi arasında Gürcüstanın üç il ərzində Fransadan 483 milyon avro yardım alacağına dair müqavilə imzalanıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan ilə Fransa İnkişaf Agentliyi (AFD) arasında 2021-2023 əməkdaşlıq proqramının həyata keçirilməsinə dair əməkdaşlıq sazişi hökümət idarəsində imzalanıb.

Razılaşmaya əsasən, Gürcüstan Fransadan 483 milyon avro yardım alacaq ki, bunun da 33 milyon avrodan çoxu qrantdır. Qeyd olunduğuna görə, bu müqavilənin imzalanmasından sonra mövcud əməkdaşlıq miqyası praktik olaraq iki dəfə artırılır.

Eyni zamanda, rəsmi məlumatda qeyd edildiyinə görə, müqavilənin məqsədi Agentliklə 2021-2023-cü illərdə əməkdaşlıq istiqamətlərini və müvafiq proqramları müəyyənləşdirməkdir, təqdim olunan müqavilənin imzalanması Gürcüstanın bu mərhələdə Fransa İnkişaf Agentliyi ilə apardığı uğurlu əməkdaşlığın təzahürüdür.

Razılaşmaya əsasən, Gürcüstan və Fransa arasındakı əməkdaşlıq kənd təsərrüfatı, ətraf mühitin qorunması, özəl sektorun inkişafı, idarəetmə, regional inkişaf, sosial rifah və səhiyyə kimi prioritet sahələri əhatə edir.

2021-2023 Əməkdaşlıq Proqramına ayrıca enerji, su təchizatı, su ehtiyatlarının idarəedilməsi və suvarma sahələrindəki proqramlar və layihələr daxildir.

Müqaviləni maliyyə naziri Laşa Xuçişvili və Fransa İnkişaf Agentliyinin (AFD) regional direktoru Sesil Kupr imzalayıb.

Bizimlə əlaqə saxlayın