10 
Iyn
2021
17:27
11046

Qərar verildi - Bu borclar silinir

Gürcüstan Parlamenti, vətəndaşların "112"- yə yığılmış borclarının silinəcəyinə dair qanunu təsdiqlədi.

InterPress.ge xəbər verir ki, dəyişikliyə görə, avtomobili 1 sentyabr 2020-ci il tarixinədək 112 İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinin qorunan avtodayanacağına yerləşdirilən və bu günə qədər avtomobili oradan təxliyyə etməyən şəxslər birdəfəlik 100 lari ödəmək əvəzinə avtomobillərini çıxara biləcəklər.

Eyni zamanda, ümumi məbləği bu günə qədər 112 -ə yığılmış 4 milyon lariyə qədər olan borcu ödəməkdən də azad olunacaqlar.

Səlahiyyətli şəxslər qanun qüvvəyə mindikdən sonra 3 ay ərzində bu güzəştdən istifadə edə biləcəklər.

Bundan əlavə, qanunvericilik dəyişiklikləri paketi xüsusi qorunan dayanacaqlara daşınan nəqliyyat vasitələrinin idarə olunması və parklanması yerindən çıxarılması üçün effektli mexanizm yaratmışdır ki, bu da gələcəkdə vətəndaşlar üçün bənzər borcların yığılması risklərini aradan qaldırır.

Bizimlə əlaqə saxlayın