10 
Iyn
2021
16:24
434

Gürcüstan azərbaycanlılarının icma nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının beynəlxalq qurumlara müraciət edir

Marneulidə yerləşən Ata Holdinq mərkəzində Gürcüstan azərbaycanlıları inteqrasiya mərkəzinin təşkilatçılığı ilə görüş keçirildi.

InterPress.ge xəbər verir ki, görüş 4 iyun tarixində Kəlbəcər rayonunun Susuzluq kəndində həlak olan Azərtac.az və AZTV- nin jurnalistlərə həsr olunub.

Görüşə yerli media nümayəndələri, Azərbaycan KİV- nin Gürcüstan bürolarının nümayəndələri və mövzu ilə maraqlanan şəxslər qatılmışdılar.

Görüşün ilk dəqiqələrində həlak olan jurnalistlər bir dəqiqəlik sükutla yad edildi.

Görüş çərçivəsində minalanmış ərazilərdə həlak olan jurnalistlərə həsr olunmuş video çarx izlənildi.

Jurnalistlər mövzu ilə əlaqədar çıxış edərək öz təəssüratlarını görüş iştirakçıları ilə bölüşdülər.

Görüşün sonunda Gürcüstan azərbaycanlıları inteqrasiya mərkəzi, jurnalistlər və gənclər təşkilatları tərəfindən ATƏT/DTHİB- ə bəyanat göndərdilər.

Bəyanatda deyilir:
"Biz, Gürcüstan azərbaycanlıları

Biz, Gürcüstan azərbaycanlılarının icma nümayəndələri və qeyri-hökumət təşkilatları, böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Dövlət Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.
Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda tank əleyhinə minaya düşməsi nəticəsində, ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.
Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub.
Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir.
Beləliklə, regionda mülki şəxslərin xidməti vəzifələrini yerinə yetirən media mənsublarının, ərazidə yaşayan və bərba işləri həyata keçirən fəhlələrin həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz icma nümayəndələrini də dərindən narahat edir.
Biz Gürcüstan icma nümayəndələri olaraq BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən “Amnesty İnternational” və “Human Rights Watch” insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla, humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesinin dayandırılmasına beynəlxalq ictimaiyyətin sərt və ciddi addımlar atmasını tələb edirik".


Bizimlə əlaqə saxlayın