10 
Iyn
2021
16:13
615

Gürcüstanın azərbaycanlı icması dəstək bəyanatı yayır

Gürcüstanın azərbaycanlı icması ölkənin Xalq Müdafiçəsinə dəstək bəyanatı ilə müraciət edir!

InterPress.ge xəbər portalı sözügedən bəyanatı olduğu kimi təqdim edir:

Ninocminda Uşaq İnternat Məktəbi ətrafında baş verən hadisələrdə Gürcüstanın Xalq Müdafiəçisinin səyləri və vəkillərin dəstəyi nəticəsində həmin məktəbda olan az yaşlıların məhkəmənin qərarı ilə çıxarılmasına və xüsusi sığınacaqlara yerləşdirilməsinə nail olundu. Hadisəyə qədər Xalq Müdafiəçisinin nümayəndələrinin həmin məktəbə daxil olunmasına məktəb rəhbərləri tərəfindən icazə verilmirdi baxmayaraq ki, onların buna qanunla tam hüquqları vardı. Bundan sonra aktiv şəkildə məsələ üzərində addım atan Aparat müəyyən şəxslər və qurumlar tərəfindən tənqidlərə məruz qaldılar.

Son bir neçə gündür müəyyən destruktiv güclər Gürcüstan Xalq Müdafiəçisinin rəhbəri Nino Lomgariyanın istefasını tələb edirlər.

Ölkənin demokratik prinsiplərə yiyələnməsi və insan hüquqlarının pozuntularını yüksək şəkildə aradan qaldırılmasını həyata keçirən Xalq Müdafiəçisi illərdir bu sahədə işini uğurla həyata keçirir.

Nino Lomgariya layiqli vəzifəli şəxs olmaqla yanaşı eyni zamanda ləyaqətli vətəndaşdır. Onun sözü gedən məktəbdə baş verən hadisələrə göz yummaması və böyük güclərə qarşı gəlməsi bir daha sübüt edir ki, profesional kadr olmaqla yanaşı yüksək insani keyfiyyətlərə malikdir. O, Gürcüstanda haqqları pozulan bütün vətəndaşlara qarşı ədalətli və bərabər mövqe ilə yanaşır. Onun fəaliyyəti nəticəsində azlıqlara qarşı edilən haqqsızlıqlar hüquqi qiymət almışdır.

Biz Gürcüstan vətəndaşları olaraq Gürcüstanın Xalq Müdafiəçisinin rəhbəri Nino Lomgariyaya dəstəyimizi bəyan edir və müvafiq qurumlardan ona qarşı həyata keçirilən tədbirlərin dayandırılmasını tələb edirik. Demokratik cəmiyyətlərin formalaşması istiqamətində dövlətin müstəsna rolu vardır, dövlət bir qurum kimi, islahatların, insan haqqlarının yüksək səviyyədə qorunması üçün imkanlar yaratmalıdır.

Gürcüstan dövlət qanunları çərçivəsində destruktiv güclərin radikal addımlarının araşdırılması və qarşısının alınması, cəmiyyətdə liberal kəsimə qarşı nifrət dilinin yayılmamasının, ictimai şəxslərin öz vəzifə borclarını yerinə yetirməsi üçün qorunmuş mühit yaratmasını tələb edirik.

Biz Gürcüstan dövlətinin bərabər hüquqlara sahib azərbaycanlı icması olaraq Nino Lomgariyaya öz həmrəyliyimizi bəyan edirik!

“Vətəndaş İnteqrasiya Fondu” Zaur Xəlilov

“ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsi” Seyid Mirtəqi Əsədov

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Rəşan Ziadaliev, Ravil Mammədov

“Salam Platforması” Baniamin Qasımoğlu Kamran Məmmədli

“Aktual Media” İlkin Hüseynov

“Təmiz Xəbər -İnterpress” Nahid Qurbanov

“Gürcüstan Lider Media” Azər Məmmədov

Mülki Fəal- Samirə Bayramova

Jurnalist- Ceyhun ( Muhamedali) Narzalov

Siyasətçi- Əhməd İmamquliyev

Siyasətçi- Aqil Mustafayev

Siyasətçi- Murad Muradov

Siyasətçi-hüquqşünas - Əli Bədirov

Bizimlə əlaqə saxlayın