10 
Iyn
2021
15:40
432

Baş nazir təbrik məktubu paylaşdı

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Tbilisi Dövlət Tibb Universitetinin professorlarını, müəllimlərini, işçilərini, tələbələrini və məzunlarını Universitetin 91-ci ildönümü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, hökümət başçısı təbrik məktubunda hər birinə sədaqətli işlərinə görə təşəkkür edib.

“Tbilisi Dövlət Tibb Universitetini 91 illik yubileyi münasibətilə təbrik edirəm. Tibb Universiteti yarandığı gündən Gürcüstanda ali tibb təhsili və tibb elmlərinin inkişafı üçün əsas mərkəz olmuşdur və bu ənənəni bu günədək davam etdirir. Pandemiya ölkənin peşəkar tibb işçilərinə sahib olmasının nə qədər vacib olduğunu açıq şəkildə göstərdi. Məhz Tibb Universiteti belə kadrlar hazırlayır və savadlı həkimləri ilə fəxr edir. Üstəlik, pandemiya dövründə yalnız mövcud tibb işçiləri deyil, yaşına görə universitetdən çıxan ləyaqətli akademik cəmiyyət, eləcə də Tbilisi Dövlət Tibb Universitetinin dəyərləri və əvvəlki nəsillərin nümunələri ilə böyüyən tələbələr də xüsusi sədaqət göstərdi. Tbilisi Dövlət Tibb Universitetinin professor-müəllimlərini, bütün işçilərini, məzunlarını və tələbələrini bir daha Universitetin 91 illiyi münasibətilə təbrik edirəm. Hər birinə sədaqətli işlərinə görə təşəkkür edirəm və uğurlu peşəkar fəaliyyət arzulayıram” , - Baş nazirin təbrikində deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər