1 USD =
3.204 GEL
1 EUR =
3.8829 GEL
1 TRY =
0.3837 GEL
100 RUB =
4.432 GEL
1 AZN =
1.883 GEL
10 
Iyn
2021
14:33
145

İsrail Səfiri Marneulidə "Modus" kollecinə qonaq oldu

Bu gün İsrail səfiri Marneulidə səfəri çərçivəsində görüşlər keçirir.

InterPress.ge xəbər verir ki, səfir Marneuli bələdiyyəsi meriyasında baş tutan görüşdən sonra Marneulidə yeni inşaa edilmiş "Modus" kollecinə qonaq oldu.

Görüş çərçivəsində biznes və kənd təsərrüfatı sahəsində təşkilat nümayəndələri qonaqlara "Modus" kollecinin həyata keçirmək üçün planlaşdırdığı peşə proqramları ilə və qeyd olunan təşkilatların ehtiyyacları ilə tanış etdilər.

Bundan başqa Səfirlik və "Modus" kolleci arasında mövcud əməkdaşlıq, eləcə də birgə layihələrin planlaşdırılması və həyata keçirmə istiqamətləri nəzərdən keçirildi.
Görüşə Təhsil, Elm və Mədəniyyət nazirinin müavini Tamar Kitiaşvili, Peşə təhsilinin inkişafı departamentinin rəhbərinin müavini Tamar Samxaradze, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Modus kollecinin direktoru Pavle Tvaliaşvili qatılmışdı.
 

Bizimlə əlaqə saxlayın