10 
Iyn
2021
12:25
245

5-ci mərtəbədən yıxılan qadının səhhəti ilə bağlı açıqlama verildi

Batumidə "Maqnoliya" yaşayış binasının beşinci mərtəbəsindən yıxılan 30 yaşlı turist Batumi Respublika Xəstəxanasına yerləşdirilib.

InterPress.ge xəbər verir ki, hadisə dünən gecə baş verib.

Həkimin qiymətləndirməsinə görə, qadının sağlamlıq vəziyyəti kritik ağırdır, bədənində çoxsaylı sınıqlar var və travma alıb.

Məlumata görə, qadın süni nəfəs aparatındadır.

Xatırladaq ki, Batumidə gənc qadın beşinci mərtəbədən yıxılıb. Qəza günün ikinci yarısında Ximşiaşvili küçəsindəki "Maqnoliya" yaşayış binasında baş verib.

Şahidlərin sözlərinə görə, sərxoş vəziyyətdə olan xarici ölkə vətəndaşı qadın balkonda tarazlığını itirib. Yoldan keçən bir nəfər kömək etməyə çalışıb, bu da yıxılmanı bir qədər yüngülləşdirib.

Hadisə yerində ekspert – kriminalistlər gec saatlaradək işləyiblər.

Bizimlə əlaqə saxlayın