10 
Iyn
2021
12:03
664

İsrail səfiri Marneulidə səfərdədir

Bu gün 10 İyun tarixində İsrail səfiri Ran Qidor Marneulidə səfərdədir.

InterPress.ge xəbər verir ki, səfir Marneulinin girişində "Yenədə böyüyəcəklər" abidəsi yaxınlığında təntənəli şəkildə qarşılandı.

Qarşılanma mərasimində Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və müavini Kaxaber Koberidze və yerli özünüidarəetmə rəhbərliyi iştirak edirdi.

Səfir Marneulidə səfər çərçivəsində Candar ictimai məktəbinə qonaq oldu.

Səfirlik MASHAV- la (İsrailin beynəlxalq əməkdaşlığın inkişafı agentliyi) birlikdə "Şalom Klub Kvemo Kartli" qeyri hökumət təşkilatını açacaq.

Şalom Klub MASHAV proqramını bitirən tələbələr birliyi şəbəkəsidir və məqsədi İsrailin müasir texnologiyalarını yaymaq, tətbiq etmək və fikir mübadiləsi aparmaqdır.

Gürcüstandan artıq 1500-dək mütəxəssis İsraildə kənd təsərrüfatı, təhsil, səhiyyə, qadın haqqları, innovasiya və sahibkarlıq sahələrində təlimlərdən keçiblər. Mütəxəssislər qeyd olunan kursu bitirdikdən sonra Gürcüstana qayıdaraq bu sahələrdə çalışmağa davam edirlər.

Artıq 20 ildən çoxdur ki, MASHAV Kvemo Kartli bölgəsinin inkişafında fəal rol oynayır. 2000- ci ildən bu günədək MASHAV uğurla həyata keçmiş bir çox layihələrlə Kvemo Kartlidə kənd təsəsrrüfatının innovativ və texnoloji inkişafına dəstək olur.

Səfər çərçivəsində İsrail səfiri Ran Qidor və MASHAV proqramının Gürcüstandakı direktoru Qiorqi Jğenti yerli özünüidarəetmə nümayəndələri, Kvemo Kartli qubernatoru, bələdiyyə meri və majoritar deputatlarla görüşəcək.

Görüş çərçivəsində tərəflər bölgədəki sosial-iqtisadi vəziyyət, çətinliklər və nailiyyətlər, həmçinin əməkdaşlıq perspektivləri və Kvemo Kartli bölgəsindəki investisiya potensialı müzakirə edəcəklər.

Səfər zamanı nümayəndə heyəti yerli mədəniyyət abidələrini və görməli yerləri ziyarət edəcək.


Bizimlə əlaqə saxlayın



Digər xəbərlər