Lentexidə baş verən qətl hadisəsi ilə əlaqədar Çixareşi kəndinin nümayəndəsini saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Rustavi 2 yayır.
O, cinayət haqqında hüquq-mühafizə orqanlarına məlumat verməməkdə ittiham olunur.
Məlumata görə, öldürülən şəxsin ev sahibi də saxlanılıb. Polis döyülmədə birbaşa iştirak edən şəxsləri axtarır.
Çixareşi kəndində hadisə 5 iyun tarixində baş verib. 47 yaşlı kişi döyülmə nəticəsində ölüb. O, Zestaponi-Lentexi marşrut xəttində işləyirdi.
