09 
Iyn
2021
15:57
380

Yenilənmiş Kutaisi Beynəlxalq Hava Limanı rəsmi olaraq açıldı

Yenilənmiş Kutaisi Beynəlxalq Hava Limanı rəsmi olaraq açılıb.

InterPress.ge xəbər verir ki, hava limanının açılış mərasimində Baş nazir İrakli Ğaribaşvili, Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze və yerli hökumət rəsmiləri iştirak edib.

Yenilənmiş Kutaisi Beynəlxalq Hava Limanının daxili hissəsinin tənzimlənməsi başa çatıb, köhnə və yeni terminallar birləşdirilib.

Qeyd edək ki, iki terminalın birləşdirilməsi nəticəsində Kutaisi hava limanında gediş gəliş salonları və rahat fəaliyyət göstərməsi üçün lazım olan bütün avadanlıqlarla təchiz olunmuş vahid bir terminal mövcuddur.

Rəsmi məlumata görə, Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanının köhnə terminalının sahəsi 4800 kvadratmetr idi və genişlənmə nəticəsində terminalın ümumi sahəsi 30.000 kvadratmetrə çatıb.

İndiyədək köhnə terminal ildə 600 min sərnişin qəbul edə bilirdisə, yenilənmiş terminalda sərnişin tutumu ildə 2 milyon yarım artıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər