09 
Iyn
2021
15:45
628

Mərkəz rəhbəri koronavirusun dördüncü dalğasından danışdı

"Hər ay 600-700 min insanı peyvənd etmək istəyirik, o zaman təbii ki, epidemiya vəziyyətinin pisləşmə riski və güclü dördüncü dalğa təhlükəsi daha az olacaq".

InterPress.ge xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze koronavirusun dördüncü dalğasının necə olacağı və koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin siyasi səbəblərlə istifadə edilib-edilməməsi sualına belə cavab verib.

Qamğrelidze qeyd etdiyinə görə, açıqlamalarında və hərəkətlərində siyasət elementi yoxdur və dördüncü koronavirus dalğası Avropada yay aylarından etibarən gözlənilir.

"Heç bir siyasət olmadan bir neçə dəfə ifadə etdim və hələ də təsdiqləyirəm ki, işimdə və ifadələrimdə siyasət elementi yoxdur. Mövqeyimə əsasən ilk növbədə insan sağlamlığını, sonra qalanını tuturam. Dördüncü dalğanın olma ehtimalına gəlincə, heç kim bunu istisna edə bilməz. Etibar etdiyimiz qurumun proqnozuna görə, avqustun sonu və payızın əvvəlində Gürcüstan da daxil olmaqla Avropada dördüncü dalğanın ola biləcəyi qeyd edilib”, - dedi Qamğrelidze.

Onun sözlərinə görə, dördüncü dalğanın şiddəti yayda epidemioloji vəziyyətin necə olacağından asılıdır.

Bizimlə əlaqə saxlayın