09 
Iyn
2021
15:11
212

Amiran Qamğrelidze: "Düşünürəm ki, bir müddətdir Gürcüstanda olan və aşılanmaq istəyən xarici vətəndaşlara bunu etmək imkanı veriləcək"

"Düşünürəm ki, bir müddətdir Gürcüstanda olan və aşılanmaq istəyən xarici vətəndaşlara bunu etmək imkanı veriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze veb-seminarda bildirib.

Qamğrelidzenin sözlərinə görə, Gürcüstanda xarici vətəndaşların aşılanması məsələsini Koordinasiya Şurasında müzakirə edəcəklər.

"Sizi əmin edirəm ki, bu məsələ hazırlanır və Koordinasiya Şurasına təqdim ediləcək, qərar qəbul olunana qədər əvvəlcədən elan edə bilməyəcəyəm. İqamətgahı olan əcnəbilər, eyni zamanda diplomatları aşılayırıq, amma ümumiyyətlə, müəyyən bir müddətdir Gürcüstanda olan və peyvənd olunmaq istəyən xarici vətəndaşlara düşünürəm ki, bu imkan veriləcək", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın