"Strategiya Ağmaşenebli" MSK üzvünü təqdim edib.
InterPress.ge xəbər verir ki, bu barədə partiya lideri Qioriqi Vaşadze məlumat verib.
Vaşadzenin dediyinə görə, MSK-da komandalarını Ana Kobaxidze təmsil edəcək.
"Seçki məsələlərində 12 ildən çox təcrübəsi var. İslahatlarla bağlı çoxsaylı dəyişikliklərin və təşəbbüslərin müəllifidir. Onun əsas məqsədi Mişelin sənədi ilə nəzərdə tutulan bütün islahatların MSK-da həyata keçirilməsi olacaq", - Vaşadze bildirib.
.jpg)