09 
Iyn
2021
10:44
595

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxma sayı açıqlandı - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 821 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 351 249 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 866 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 335 895 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 31 nəfər ölüb və ölənlərin ümumi sayı 4 982 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 38 478 test aparılmışdır. Bunlardan 23 864-ü sürətli antigen testi, 14 614-ü isə PCR testidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər