09 
Iyn
2021
10:32
310

Saxta rəsmi sənədin hazırlanması və istifadə edilməsi faktına görə bir nəfər barəsində cinayət işi başladıldı

Maliyyə Nazirliyinin İstintaq Xidməti, Şida Kartli bölgəsində saxta rəsmi sənəd hazırladığı və istifadə etdiyi üçün bir nəfər barəsində cinayət işi başladıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gəlirlər Xidməti tərəfindən yayılır.

"İstintaq zamanı inşaat firmasının direktorunun dövlət satınalmalarını qazanmaq üçün 2018-2019-cu illərdə 2 529 645 lari dəyərində saxta müqavilələr hazırladığı və müxtəlif satınalma təşkilatlarına təqdim etdiyi, nəticədə fimanın dövlət satınalma müqavilələri imzaladığı məlum oldu.

İstintaq müəyyən edib ki, satınalma təşkilatlarına təqdim olunan saxta rəsmi sənədlərdə nəzərdə tutulan əməliyyatlar əslində həyata keçirilməyib”.

Gürcüstan Cinayət Məcəlləsinin 3 ilə qədər həbs cəzasını nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər