Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan Prezidenti Monakoya səfər edəcək

484
Gürcüstan Prezidenti Monakoya səfər edəcək
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün, 9 iyun Monakoya işgüzar səfər edəcək.

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün, 9 iyun Monakoya işgüzar səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin administrasiyası məlumat yayır.

Səfər çərçivəsində Gürcüstan Prezidenti ilə Monako Şahzadəsi II Albert arasında üzbəüz görüş planlaşdırılır.

Mətbuat xidmətinin məlumatına görə, Gürcüstan prezidenti Monte Karloda Gürcüstan şərabının təbliği sərgisində çıxış edəcək. Sərgidə Gürcüstan şərab şirkətləri tərəfindən istehsal olunan müxtəlif növ şərablar nümayiş olunacaq.

Prezidentin şərab məsələləri ilə məşğul olan fransız jurnalistlər və bloqqerlərlə görüşü də planlaşdırılıb. Gürcüstan Prezidenti Monako Şahzadəsi II Albert ilə birlikdə gürcü şərabının "Üzüm Kökləri ilə Görüş" təqdimat mərasimində iştirak edəcək.

İşgüzar səfər çərçivəsində Gürcüstan Prezidentinin Beynəlxalq Sülh və İdman Təşkilatının prezidenti Goel Buzu ilə görüşü planlaşdırılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →