"Etiraz aksiyalarımız həm küçədə, həm də parlamentdə davam edəcək".
InterPress.ge xəbər verir ki, bu barədə "Vahid Millət Hərəkat"ın liderlərindən Levan Bejaşvili parlamentə gedən zaman bildirib.
"Bu gün "Gürcü Arzusu"nun parlamentdə bayramı sona çatacaq. "Milli Hərəkat"ın parlamentə girməməsi "Gürcü Arzusu"nun arzusu idi. Parlament də daxil olmaqla "Gürcü Arzusu"na rahatlıq zonası buraxmamalıyıq. Buna görə etiraz aksiyalarımız həm küçədə, həm də parlamentdə davam edəcək”, - dedi Levan Bejaşvili.
