08 
Iyn
2021
15:35
729

Marneuli bələdiyyəsinin bu kəndlərində birinci sinifə heç bir şagird qeydiyyata alınmayıb

Marneulinin ictimai məktəblərində birinci sinifə qeydiyyat prosesinin 3 əsas mərhələsi sona çatdı.

InterPress.ge Marneuli FM-ə istinadən xəbər verir ki, bələdiyyədə mövcud təhsil müəssisələrində hazırki mərhələdə 2973 yerdən 1646 boş yer qalıb.

Marneulinin 74 ictimai məktəbində bütünlükdə birinci sinifə 1327 nəfər şagird qeydiyyatdan keçib.

Marneulinin 2 ictimai məktəbdə hal- hazırda birinci sinifə qeydiyyatdan keçən olmayıb. 2021- 2022- ci il tədris ilində Xutor Lejbəddin kəndində 5, Ağqula kəndində isə 6 şagird qeydiyyatdan keçə bilər.

Məktəblərdə qeydiyyatın dördüncü mərhələsi 24 iyundan 10 iyul da daxil olmaqla baş tutacaq. Bu mərhələdə yerlərə isə birinci, ikinci və üçüncü mərhələdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatı dəyişmək istəyən şagirdlər qeydiyyatdan keçə biləcəklər. Şagirdin dördüncü mərhələdə qeydiyyatı valideyn / qanuni nümayəndə tərəfindən təqdim olunan zəruri sənədlər əsasında həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər