08 
Iyn
2021
14:28
347

“SOCAR” yanacaqdoldurma məntəqəsini qarət edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Quria Polis Departamentinin Ozurqeti rayon Şöbəsinin əməkdaşları, 1970-ci il təvəllüdlü, keçmişdə dələduzluqla mühakimə olunan K.G- nı soyğunçuluq ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, cinayət 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.

"İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs cari ilin 8 iyun tarixində Ozurqetidə, Ekvtime Tağaişvili küçəsindəki “SOCAR” yanacaqdoldurma məntəqəsinə hücm edib və ov tüfəngi ilə təhdid edərək operatordan 135 lari oğurlayıb və gizlənib.

Hüquq mühafizə oqanları, isti təqib ilə aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində K.G - nı hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxs kimi saxlayıb.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin a bəndi ilə davam etdirilir", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın