08 
Iyn
2021
14:12
1806

"Sarp" gömrük keçid məntəqəsində Gürcüstan vətəndaşı saxlanıldı

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstanın gömrük sərhədində külli miqdarda malın daşınması ilə bağlı qaydaları pozduğu üçün Gürcüstan vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətindən məlumat verilib.

Məlumata görə, istintaqla təsdiq olunub ki, müttəhim "Sarp" keçid məntəqəsindən keçərkən, gömrük nəzarət məntəqəsindən gizli olaraq, özünə məxsus yük avtomobili ilə bəyan olunmamış türk istehsalı dərmanlar keçirib.

“İstintaq ilə ələ keçirilən türk istehsalı olan dərmanların gömrük dəyəri 25.000 laridən çoxdur.

Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq davam edir ki, bu da 5 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur” , - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın