08 
Iyn
2021
13:57
532

İnternet vasitəsilə narkotik maddə satan 4 nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları internet vasitəsilə narkotik satdığı üçün 4 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İdarədən verilən məlumata görə, təqsirləndirilən şəxslər sistematik şəkildə internet vasitəsilə narkotik satıblar.

“Daxili İşlər Nazirliyi ölkədə narkotikin qanunsuz dövriyyəsi və yayılmasına qarşı barışmaz mübarizəni davam etdirir. Hüquq-mühafizə orqanları Tbilisidə internetlə narkotik satma faktlarının qarşısını aldılar və sonradan satış məqsədilə paytaxtın müxtəlif yerlərində yerləşdirilən narkotikləri ələ keçirdilər.

İstintaq, müttəhimlərin sistematik şəkildə internet vasitəsi ilə narkotik satdıqlarını təsbit etdi.

Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları, həyata keçirilmiş intensiv əməliyyat və istintaq tədbirləri nəticəsində 4 nəfəri saxladılar: 1984-cü il təvəllüdlü L.N. 2002-ci il təvəllüdlü N. K. 1999-cu il təvəllüdlü A.G., 2002-ci il təvəllüdlü. M. K.

LN-nin şəxsi və yaşayış evində, habelə NK-nın mənzilində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları metadon tərkibli narkotik vasitə və yeni psixoaktiv maddə - "Bio" götürdülər. Sonradan satış məqsədilə fərqli yerlərdə yerləşdirilmiş "metadon" tərkibli narkotik vasitə və yeni psixoaktiv maddə - "Bio" sübut kimi götürüldü.

LN, qanunsuz olaraq çox miqdarda narkotik almaq-saxlamaq və çox miqdarda narkotik maddəni satmağa çalışmaqla günahlandırılır ki, bu da 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası ilə nəticələnir.

N. K., yeni psixoaktiv maddəni qanunsuz olaraq almaq-saxlamaq və satmaq cəhdində günahlandırılır ki, bu da 6 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Polis, A.G. və M. K.-nın şəxsi yoxlanması zamanı, əvvəlcədən razılaşaraq qrup tərəfindən və satış üçün qanunsuz olaraq alınmış "Alpha-PVP" tərkibli 1, 670 ml maye götürüb. Keçirilmiş istinaq tədbirləri nəticəsində, saxlanılan şəxslərin motosikl sürdükləri və "Alpha-PVP"-ı satış məqsədi ilə müxtəlif yerlərə yerləşdirmək üçün kuryer xidmətləri şirkətlərindən birinə məxsus qutulardan istifadə etdikləri də məlum oldu. Hüquq-mühafizə orqanları adı çəkilən yerlərdən 15 paketə qoyulmuş 16 qrama qədər "Alpha-PVP" narkotik vasitəsini ələ keçirdilər.

A. G. Və M. K. ilkin razılaşma ilə qrup tərəfindən qanunsuz olaraq narkotik almaq-saxlamaq və satmaq cəhdi ilə günahlandırılır və bu cəza 7 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur.

Narkotik vasitələrin və yeni psixoaktiv maddələrin qanunsuz olaraq alınması-saxlaması və qrup halında qanunsuz olaraq satmağa cəhd faktları Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsi, eyni maddənin 3-ü cü hissəsinin "b" bəndi, 260-cı maddənin 6-cı hissəsinin "a"bəndi, 19-260-cı maddəsinin 4-cü hissəsi, 19-260-cı maddəsinin 5-ci hissəsinin "a" və "b" bəndləri ilə aparılır", - DİN tərəfindən yayılan məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın