Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İDDİA - Baba öz nəvəsinə təcavüz edib

1,468
İDDİA - Baba öz nəvəsinə təcavüz edib
Dinləmək üçün basın

10 yaşlı nəvəsinə cinsi zorakılıq ittihamı ilə baba saxlanılıb.

InterPress.ge xəbər verir ki, ehtimal olunan pedofiliya iddiası Acarıstanın bələdiyyələrindən birində baş verib.

Hakim Nuqzar Mqeladze artıq babaya Xelvaçauri Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçib.

Hüquq müdafiəçisi Baia Pataraia-nın dediyinə görə, yeniyetmənin anası cinayətlə bağlı polisə müraciət edib.

"Ana şikayət etməyə cəsarət etmirdi, çox qorxurdu, çünki o da şiddətə məruz qalırdı. Batumi polisi və prokurorluqla işlədik" - Maia Pataraia Facebookda yazıb.

Günahkar olduğu sübut edildiyi təqdirdə babanı 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →