07 
Iyn
2021
16:15
489

Tbilisi-Bakı dəmir yolu nəqliyyatının bərpası üçün danışıqlar aparılır

Gürcüstan və Azərbaycan arasında sərnişin qatarının hərəkətinin bərpa olunması üçün danışıqlar aparılır.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstanın Dəmir Yolu” məlumat yayıb.

Tbilisi-Bakı-Tbilisi sərnişin qatarının hərəkəti Azərbaycanın quru sərhədləri açıldıqdan sonra bərpa ediləcək.

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarının hərəkəti pandemiya səbəbindən ötən ilin martından dayandırılıb.

Bizimlə əlaqə saxlayın