07 
Iyn
2021
16:01
872

Kaxa Okriaşvili Bidzina İvanişvilinin bəyanatına münasibət bildirdi

"Bu açıqlama cənab İvanişvilinin heç yerə getmədiyinin daha bir sübutudur".

InterPress.ge xəbər verir ki, "Tərəqqi və Azadlıq" partiyasının lideri Kaxa Okriaşvili "Gürcü Arzusu"nun sədri Bidzina İvanişvilinin açıqlamasına münasibət bildirib.

“Bidzina İvanişvilinin bugünkü xüsusi açıqlaması, qoruxmuş, uduzmuş insanın ümidsiz məktubudur. Onun sözlərinə görə, Qiorqi Qaxaria komandasına və ölkəyə xəyanət etdi. Belə çıxır ki, Gürcü Arzusunun səhv və zərərli siyasətlərindən çıxanlar ölkənin düşmənidirlər - yəni cənab İvanişvilinin fikrincə, ölkə və Bidzina İvanişvili eyni anlayışdır.

2012-ci ildən bu günə qədər ucuz pul, elektrik, qaz, və s. kimi seçki öncəsi yalanlara Cənab İvanişvili daha bir yalan əlavə etdi - 2011-ci ildən bəri satelit psevdopartiyalar yarada bilmədiyini söylədi. Bu satelit psevdopartiyalardır: "Vətəndaş", "Qirçi", "Vətənpərvərlər İttifaqı" - "Avropalı Sosialistlər" və ayrıca cəmiyyətdə Şarl Mişel adına yeni yaradılmış fraksiya ilə əlaqədar suallar yaranır.

Bu açıqlama, cənab Bidzina İvanişvilinin heç yerə getmədiyinin daha bir sübutudur. Məhkəməni, prokurorluğu, DTX-ni idarə edir və onların vasitəsi ilə gücünü gizli saxlamağa çalışır", - dedi Okriaşvili.

Bizimlə əlaqə saxlayın