07 
Iyn
2021
12:07
1072

Qarşıdaki günlərdə havanın necə olacağı açıqlandı

Bu gündən etibarən Gürcüstanın əksər rayonlarında hava açılacaq. Paytaxtda da yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə sinoptiklər məlumat verib.

Sinoptiklərin verdiyi məlumata görə, həm Qərbi, həm də Şərqi Gürcüstanda havanın temperaturu yüksələcək, qərbdə 26 dərəcəyədək, şərqdə 29 dərəcəyədək.

Paytaxtda da havanın istiliyi 26-27 dərəcəyədək yüksələcək.

“Gürcüstanda hava şəraitinin pisləşməsinə Qara dənizin şimal-qərbindən yayılan nisbətən sərin və rütubətli hava kütlələri səbəb oldu. Bu gündən etibarən Gürcüstanda yağıntının intensivliyi azalacaq. Yalnız bəzi ərazilərdə günün ikinci yarısında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Qərbi Gürcüstanda hava 26 dərəcəyədək, Şərqi Gürcüstanın ovalıqlarında isə 29 dərəcəyədək istiləşəcək. Paytaxtda əsasən yağmursuz hava şəraiti gözlənilir. Vaxtaşırı şimal-qərb küləyi əsəcək. Növbəti bir neçə günə gəlincə, artıq güclü yağış yağacağı gözlənilmir və paytaxt da daxil olmaqla həm Qərbi, həm də Şərqi Gürcüstanda havanın temperatutu bir neçə dərəcə yüksələcək” , - dedi Milli Ətraf Mühit Agentliyinin sinoptiki Maia Kaadze.

Bizimlə əlaqə saxlayın