07 
Iyn
2021
11:35
490

Vəzifəsindən sui-istifadə edən şəxslər məsuliyyətə cəlb olundu

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, dövlət əmlakını dələduzluq yolu ilə mənimsədiyi, saxta sənədlər hazırladığı-istifadə etdiyi, rüşvət aldığı və vəzifəsindən sui-istifadə etdiyinə görə üç nəfərə qarşı cinayət təqibi başladılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı idarənin mətbuat xidməti yayır.

Məlumata görə, istintaq müəyyən edib ki, Samçxe-Cavaxeti bölgəsində, bələdiyyələrdən birinin keçmiş icra başçısı, mülki fayda əldə etmək üçün iki halda vətəndaşlara saxta arayış verib və Ninocminda şəhərində, mərkəzi parkın və keçmiş maşınqayırma fabrikinin yanında yerləşən bazar dəyəri təxminən 39 000 lari, ümumi sahəsi 712 kvadratmetr olan torpaq sahəsinin qeydiyyatdan keçiriblər.

"İstintaq zamanı, dələduzluq yolu ilə mənimsənilmiş bir torpaq sahəsi dövlət mülkiyyətinə qaytarıldı, ikinci isə hazırda qadağa altındadır.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi, 341-ci maddəsi, 180-ci və 362-ci maddələrinin 2-ci hissəsinə əsasən aparılır və 6 ildən 9 ilədək həbs cəzasını nəzərdə tutur", - Maliyyə Nazirliyinin İsintaq Xidmətinin yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər