06 
Iyn
2021
19:36
441

Rustavidə avtomobil bazarında baş verən yanğın söndürülüb

Rustavidə avtomobil bazarında baş verən yanğın söndürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəetmə Xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə 8 yanğın xilasetmə qrupu cəlb olunub. Yanğında xəsarət alan olmayıb.

"Daxili İşlər Nazirliyinin 112 İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzinə Rustavidə yerləşən avtomobil bazarı ərazisindəki tikililərdən birində yanğın çıxdığı barədə məlumat daxil olub. Şahidlərin sözlərinə görə, yanğın yaxınlıqdakı bir neçə avtomobilə keçib.

Fövqəladə halların idarəetmə xidməti əməkdaşları hadisə yerinə ən qısa müddətdə gələrək yanğınsöndürmə işlərinə başlayıblar. Xilasetmə qrupları yanğının digər nəqliyyat vasitələrinə keçməsi təhlükəsinin qarşısını vaxtında alaraq yanğını söndürməyi bacarıblar"- deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın