Polis, Bolnisi Bələdiyyəsində azyaşlı qızı qaçırmaq ittihamı ilə 23 yaşlı oğlanı saxlayıb.
InterPress.ge xəbər verir ki, onunlə birlikdə daha üç nəfər saxlanılıb: ana və ailənin qohumu olduğu ehtimal edilən iki qadın.
Məlumat üçün bildirək ki, 4 iyun tarixində Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndindən 15 yaşlı qız məktəbə gedərkən qaçırılıb.
Qohumların sözlərinə görə, oğlan qızı sevib və ailə qurmaq üçün onu qaçırıb.
