Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyinə görə Azərbaycan Prezidentinə və Azərbaycan xalqına təşəkkür edib.
InterPress.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili Twitter-də yazıb.
"Bu gün Bakıda Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağı rənglərində işıqlandı. Dəstəyi və həmrəyliyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu, Azərbaycan xalqının gözəl həmrəyliyinin ifadəsidir. Birlikdə güclüyük" Salome Zurabishvili yazıb.
