05 
Iyn
2021
20:15
1600

Gürcüstanın Azərbaycandakı səfirliyi Rusiyada öldürülən Vəkil Abdullayevlə bağlı məlumat yayır

Azərbaycan KİV-lərində mayın 28-də Rusiya Federasiyasının Novosibirsk vilayətində milliyyətçə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin polis tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan xəbərlərlə bağlı bildiririk ki, o, Gürcüstan vətəndaşı deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən bildirilib.

"O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhatdən, nə də beynəlxalq hüquq normaları əsasında, qeyd olunan işə hüquqi mexanizmalarla müdaxilə etmək üçün heç bir təsir imkanı yoxdur. Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”, - səfirlikdən əlavə edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər