05 
Iyn
2021
18:40
317

Qamğrelidze: "Əhalinin ən azı 30-40% -i aşılanana qədər maska taxmalıyıq"

"Əhalinin ən azı 30-40% -i aşılanana qədər maska taxmalıyıq".

InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun jurnalistlərlə söhbət zamanı dediyinə görə, hələ də maska taxmamaq və ya səhv taxmaq kimi hallar mövcuddur.

“Təəssüf ki, əhalinin ən azı 30-40% -i aşılanana qədər maska taxmalı olacağıq. Küçədə gəzdiyim zaman baxırdım ki, ya maska taxmırlar, ya da ki, səhv taxırlar. Bölgə mediası bizə kömək etməlidir, başa düşürəm ki, çətindir, yaydır, istidir, amma hələlik bundan yaxşı bir müdafiə vasitəsi yoxdur.

Bu səbəbdən kifayət qədər insanı aşılayana qədər, kumulyativ immunitet yaranana qədər maska taxmalıyıq", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər