Amiran Qamğrelidze: "Gürcüstan iyul ayından kütləvi koronavirus peyvəndləməsinə başlamalıdır"
"Gürcüstan iyul ayından kütləvi koronavirus peyvəndləməsinə başlamalıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Qamğrelidzenin jrnalistlərə söylədiyinə görə, iyuldan etibarən ölkədə gündə 20-25 min insan aşılanmalıdır.
“Ölkə iyul ayından kütləvi aşılamaya başlamalıdır. Hazırda hər gün 5-6 min nəfəri peyvənd ediriksə, bu iyul ayından etibarən 20-25 minə qədər çıxmalıdır.
Hədəfimizə çatmaq üçün önümüzdəki 6 ayda 20-25 min nəfəri aşılamalıyıq, 700 min nəfər yetkin əhali aşılanmalıdır.
Bunun üçün uyğun tədarük böyük ehtimalla təmin olunur. Bu səbəbdən iyun ayı ərzində bu çox çətin, lakin çox lazımlı vəzifəyə hazırlaşırıq”, - dedi Qamğrelidze.
Epidemioloji inkişafa gəlincə, Qamğrelidzenin dediyinə görə, "epidemioloji vəziyyət yaxşılaşır, lakin bu bizi cəsarətləndirməməlidir, özümüzdən razı olmamalıyıq."


