05 
Iyn
2021
16:25
642

Kaxaber Kemoqlidze: "İrakli Kobaxidze ölkənin təhlükəsizliyinə zərbə vurdu"

“Dünən bir daha dövlət qurumlarına ziyan vuran, Gürcüstan vətəndaşlarını təhqir edən, ölkənin təhlükəsizliyinə zərbə vuran və Gürcü Arzusu seçicilərinə məhəl qoymayan hakim partiyanın hazırkı sədrinin qeyri-adekvat açıqlamalarını və ibtidai yalanlarını gördük".

InterPress.ge xəbər verir ki, "Gürcüstan üçün" partiyası mümkün dövlət çevrilişinin hazırlanması barədə danışan İrakli Kobaxidzenin reportajına belə cavab verib.

Qaxaria partiyasından verilən açıqlamada, bəyanatın dövlət maraqlarına xələl gətirmək məqsədi daşıdığı bildirilib.

"Dünən Kobaxidze dedi ki, dörd aydır ki, Gürcüstan vətəndaşlarından, o cümlədən Gürcü Arzusu seçicilərindən gizlədirdi ki, bu gün də müdafiə və polis hissələrində xidmət göstərən polislərin və əsgərlərin iştirakı ilə ölkədə baş nazirin çevirilişi hazırlanırdı", - dedi partiya üzvü Kaxaber Kemoqlidze.

"Gürcüstan üçün" partiyası istintaqın başlanılmasını tələb edib.

Bizimlə əlaqə saxlayın