Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Fatma Cerən Yazqan Namaxvani SES-in əleyhdarlarına müraciət etdi

364
Fatma Cerən Yazqan Namaxvani SES-in əleyhdarlarına müraciət etdi
Dinləmək üçün basın

"Su enerjisi və ya digər enerji mənbələri ilə bağlı qərar nə olursa olsun, Gürcüstanın enerji strategiyasının Gürcüstanın işi olduğunu unutmamaq vacibdir. Bu hökumət və xalqın qərarıdır. Buna görə də, Namaxvani SES-in…

"Su enerjisi və ya digər enerji mənbələri ilə bağlı qərar nə olursa olsun, Gürcüstanın enerji strategiyasının Gürcüstanın işi olduğunu unutmamaq vacibdir. Bu hökumət və xalqın qərarıdır. Buna görə də, Namaxvani SES-in tikilib-tikilməməsi ilə bağlı düşüncəm əhəmiyyətli deyil".

InterPress.ge xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Cerən Yazqan deyib.

Səfirin sözlərinə görə, Namaxvani SES-in tikintisinə etiraz edən insanlar şirkətin işçilərinə iş yerinə giriş imkanı verməlidirlər.

Onun sözlərinə görə, layihə ilə bağlı verilən ayrı-seçkilik ifadələrindən narahatdır.

“Buna gəlişimdən illər əvvəl qərar verilmişdi. Məni narahat edən, etirazla əlaqəli hər hansı bir ayrı-seçkiliyin olub-olmamasıdır. Şirkətin mənşəyini nəzərdə tuturam. Əgər bu belədirsə, onda problemim var, çünki bu fəxr elədiyimiz türk şirkətidir. Bu yaxşı bir şirkətdir, Türk olduğu üçün bu şirkətə qarşı ayrıseçkilik varsa, həqiqətən şikayət edəcəyəm və həqiqətən Gürcüstan xalqının, doslarımın əməkdaşlığını tələb edəcəyəm, ancaq Namaxvani SES və ya başqa bir layihənin tikilib-tikilməməsi - bu məsələ Gürcüstanın enerji təhlükəsizliyi strategiyası ilə bağlıdır. Ətraf mühitə yönəldilmiş davamlı enerjiyə ehtiyacımız var. Əgər Namaxvani belədirsə, bu layihə ilə fayda qazanacaq bölgə insanları və qərar verən insanlar danışmalıdırlar. Bununla birlikdə, Türk şirkətinə, işçilərinə qarşı hər hansı bir təhdid varsa, həmişə narahatam. Etirazda iştirak edən dostlara müraciət edirəm, bəli, etiraz etmək hüquqları var, ancaq hüquq məsuliyyət ilə müşayiət olunur. Bu səbəbdən Türk və ya gürcü işçilərini təhdid etməməlidirlər. İş yerlərinə giriş imkanları olmalıdır", - deyə Səfir Gürcüstanın Birinci Kanalına bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →