05 
Iyn
2021
09:22
216

ABŞ- ın dövlət katibinin köməkçisi Filip Riker Gürcüstana səfər edəcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Reeker 6-13 iyun tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayır.

Dövlət Departamentindən verilən məlumata görə, səfərin məqsədi ikitərəfli münasibətləri inkişaf etdirmək və ABŞ-ın bölgənin demokratik və iqtisadi inkişafına dəstəyini ifadə etməkdir.

ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, Filip Reeker Gürcüstan hökuməti, müxalifət və vətəndaş cəmiyyətinin liderləri ilə görüşlər keçirəcək; Görüşlərdə Gürcüstanın siyasi partiyaları arasında 19 aprel sazişinin icrası, habelə Rusiya təcavüzü və Gürcüstanın işğalı müzakirə olunacaq.

Bizimlə əlaqə saxlayın