Daha bir aviaşirkət Gürcüstana müntəzəm uçuşlara başlayır
Almaniyanın ucuz Eurowings hava yolu şirkəti Gürcüstan istiqamətində müntəzəm fəaliyyətə başlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Məlumata görə, GmbH Lufthansa Group-a daxil olan aviaşirkət uçuşlarını Düsseldorf - Tbilisi - Düsseldorf hava yolu ilə həyata keçirəcək.
"Müntəzəm uçuşlar bu il 4 iyul tarixindən etibarən aşağıdakı cədvələ uyğun olaraq həyata keçiriləcək: Düsseldorf - Tbilisi - Düsseldorf, 4 iyuldan hər həftə və 21 iyuldan yay naviqasiya mövsümünün sonuna qədər (29 oktyabr) - hər çərşənbə və bazar.
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi aviaşirkətə bu gün, iyun ayının 4-də müntəzəm hava fəaliyyətini həyata keçirmək üçün icazə verdi”, - məlumatda qeyd olunub.


