14 
Apr
2020
19:19
3247

Gürcüstanda 24 saatlıq karantin rejiminə keçə bilərmi? Baş Nazir açıqlama verdi

“Ümid edirəm koronavirusa yoluxanların sayı kəskin artmayacaq və biz tam karantin rejimi tətbiq etmək məcburiyyətində qalmayacağıq”.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasından sonra mətbuata açıqlamasında belə deyib.

O, bildirib ki, 24 saatlıq tam karantin rejiminin tətbiqi istisna deyil və bu iki məsələdən asılı olacaq: “Birincisi səhiyyə sistemimizin hazırlığı, nə qədər yoluxmuş şəxsə eyni vaxtda xidmət göstərmək potensialı, ikincisi isə virusun yayılma sürətidir. Bu iki komponentin inkişafından asılı olaraq qərar veriləcək. Bura 24 saat tam karantin rejimi də daxildir”.

G. Qaxariaa qeyd edib ki, ölkədə virusla bağlı tətbiq edilən məhdudiyyətlərin may aynın ortalarından etibarən qaldırılması üçün vətəndaşlar qaydalara riayət etməlidirlər.

Bizimlə əlaqə saxlayın