Koronaviruslu abituriyentlər üçün yeniliklər var
Abituriyentin koronavirus səbəbindən Vahid Milli İmtahanlarda evdən iştirak etməsi mümkün deyil.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbəri Sopo Qorqodze qeyd edib.
Onun qeyd etdiyinə görə, koronaviruslu abituriyentlər üçün xüsusi tövsiyələr hazırlanır. Bu barədə abituriyentlər təxminən iki həftə məlumat ala biləcəklər. İmtahan günü hərarəti təsdiqlənəcək abituriyentlərə gəlincə, Qorqodzenin dediyinə görə, imtahanı onlar üçün xüsusi ayrılmış yerdə verəcəklər.
"Bu cür abituriyentləri qəbul etməyə hazırıq. İmtahanlar günü hərarəti təsdiqlənən abituriyentlər üçün ayrılmış yerlərimiz var. Bu il əvvəlki ildə olduğu kimi, qoruyucu fərlər olacaq ki, və bu vasitə ilə masalar qorunacaq. Kovidlə əlaqəli bütün məsələlər Səhiyyə Nazirliyinin bizə yazdığı tövsiyələrdədir. Bir çox tövsiyələr yəqin ki, dəyişməz qalacaq, lakin bəzi tövsiyələrə aydınlıq gətirilməsini istisna etmirəm. Bundan əlavə koronavirusa yoluxmuş abituriyentlər ilə bağlı əlavə brifinqimiz də keçiriləcək."- Qorqodze bildirdi.
Onun sözlərinə görə, bu il ümumilikdə 25 imtahan mərkəzi olacaq, onlardan 11-i Tbilisidə, 3-ü Batumi və 3-ü Kutaisidə və digər yerlərin hər birində bir imtahan mərkəzi olacaq.
Məlumat üçün bildirək ki, vahid milli imtahanlar 1 iyul tarixində gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaq.


