Ninocminda internat məktəbindən uşaqlar çıxarılır - SƏBƏB?
İnsan Alveri Qurbanlarına Dövlət Baxımı və Yardım Agentliyi Ninocminda Uşaq İnternat Məktəbi ilə əlaqədar açıqlama yayır.
InterPress.ge xəbər verir ki, açıqlamaya görə, hazırda bütün böyük uşaq evlərində de-institusionalizasiya prosesi davam edir.
"Ninocminda internat məktəbinin uşaqlara qayğı xidmətinə fəaliyyətini həyata keçirmək imkanı verildikdən sonra 6 nəfər azyaşlı uşaq müəssisəni tərk etmək istəyini dilə gətirdi. Onların maraqlarına uyğun olaraq, agentlik müvafiq qərar verərə onları başqa bir qayğı müəssisəsinə aparılıblar.
Hazırda intensiv iş aparılır, 10-dək uşaq müəyyən edilərək başqa yerə köçürüləcək. Hazırda Ninocminda Uşaq İnternat Məktəbində sosial işçilər və Tibbi Fəaliyyətin
Tənzimlənməsi Dövlət Agentliyinin nümayəndələri iştirak edir.
İrəli sürülən faktlarla əlaqədar olaraq, istintaqın maraqları naminə, Agentliyin psixoloqları da işə cəlb olunublar"- deyə bildirilir.


