04 
Iyn
2021
11:08
327

Tanışını bıçaqlayan şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Qurgaani rayon şöbəsinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, 1987-ci il təvəllüdlü, keçmişdə məhkum olmuş N.G.-nı qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən verilib.

Məlumata görə, təqsirləndirilən şəxs aprel ayında Qurgaani bələdiyyəsinin Çumlaği kəndində, mübahisə zəminində, tanışı - 1971-ci il təvəllüdlü D.N.-ya soyuq silahdan istifadə edərək xəsarət yetirib. Yaralı kişi xəstənaya aparılıb və müvafiq tibbi yardım göstərilib.

Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.

Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır ziyan vurmağı nəzərdə tutan 117-ci maddəsi ilə istintaq aparılır.

Cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər