04 
Iyn
2021
10:56
157

Gürcüstan Dünya Turizm Təşkilatının üzvü seçildi

Gürcüstan dörd il müddətinə Dünya Turizm Təşkilatının İdarə Heyətinin üzvü oldu. Seçkilər Yunanıstanın paytaxtı Afinada təşkilatın Avropa Komissiyasının 66-cı iclası çərçivəsində keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, təşkilatın İcraiyyə Şurasına üzv olan 35 dövlətdən 23-ü Gürcüstanı dəstəkləyib.

"Gürcüstan təşkilatın hədəflərinin müəyyənləşdirilməsində və gələcəkdə uğurlu həyata keçirilməsində iştirak etmək, həmçinin səmərəli və şəffaf fəaliyyətini təmin etmək fürsəti əldə edəcək. Gürcüstanın strateji mövqeyi nəzərə alınaraq, turizmin inkişafında həm Qara dənizin, həm də Şərqi Avropa bölgələrinin maraqlarını qoruya biləcək" - deyə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirildi.

BMT Dünya Turizm Təşkilatının İcra heyəti 35 üzv dövlətdən ibarətdir. Təşkilatın səmərəli işini təmin edən və qlobal gündəmdə səyahət və turizm sənayesi siyasətinin əsas məsələlərini müzakirə edən DTT- nın rəhbər orqanıdır.

Bizimlə əlaqə saxlayın