Xalq Müdafiəçisi Ninocminda Uşaq İnternatında baş verən hadisələrlə bağlı açıqlama verdi
"Kilsə himayəsi altında olan Ninocminda internatında iddia olunan zorakılıq faktı üzrə də istintaq davam edir".
InterPress.ge xəbər verir ki, bu barədə Xalq Müdafiəçisi Nino Lomgaria bildirib.
Xalq Müdafiəçisi Aparatının açıqlamasına görə, 2016-2021-ci illərdə Ninocminda Uşaq İnternatında 3 zorakılıq hadisəsi və 1 təcavüz iddiası daxil olmaqla dörd cinayət işi araşdırılır.
Xalq Müdafiəçisinin açıqlamasını dəyişməz olaraq təqdim edirik:
“Yüksək ictimai marağa görə mövcud vəziyyət barədə sizə məlumat vermək istəyirik.
Xalq Müdafiəçisi Aparatı, Gürcüstanın Baş Prokurorluğundan və Gürcüstanın Daxili İşlər Nazirliyindən internatda baş verdiyi iddia edilən cinayət faktları haqqında məlumat istədi. Alınan məlumata görə, 2016-2021-ci illərdə yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq iddiası ilə dörd cinayət işi başlanıb. İddia edilən 3 zorakılıq faktı (Cinayət Məcəlləsinin 126-cı maddəsi) və bir təcavüz iddiası ilə (Cinayət Məcəlləsinin 137-ci maddə) istintaq aparılır.
Hazırda Xalq Müdafiəçisi Aparatında iddia edilən cinayət faktları, əlaqəli şəxslər və şərtlər, həmçinin görülən və davam edən tədbirlər barədə ətraflı məlumat yoxdur. Xalq Müdafiəçisi Aparatı artıq məsələyə aydınlıq gətirmək üçün məsul qurumlara müraciət etdi", - deyə Nino Lomgaria bildirib.


