03 
Iyn
2021
20:31
461

Ölkədə gündəm yaradan hadisə - Ninocminda uşaq internatında uşaqlara qarşı zor tətbiq olunduğu iddia olundu - DİN hərəkətə keçdi

Gürcüstan Daxili İşlər Nazirliyi, Ninocminda uşaq internatında uşaqlara qarşı mümkün cinayətlərin istintaqı ilə bağlı bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, bəyanatda bildirilir:

"Yüksək ictimai maraqdan dolayı ictimaiyyəti məlumatlandırmaq istəyirik ki, müxtəlif KİV-lərdə yayılan məlumatlara əsasən Müqəddəs Nino adına yetim, kimsəsiz, qayğısız uşaq inernatında baş verə biləcək mümkün cinayətlər barədə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddənin 1-ci hissəsi ilə istintaq başladıldı.

İstintaq çərçivəsində Daxili İşlər Nazirliyi, mümkün olan bütün zorakılıq faktlarını araşdırmaq üçün bütün lazımi istintaq və prosessual tədbirləri həyata keçirəcək.

Həmçinin uşaqlara qarşı törədilən mümkün cinayətlərlə bağlı Daxili İşlər Nazirliyində davam edən cinayət işləri barədə ictimaiyyəti məlumatlandırmaq istəyirik.

2016-cı ildən bəri internatla bağlı dörd cinayət işi davam edir.

İstintaq iki hala əsasən başladı - Xalq Müdafiəçisi Aparatından daxil olan məktub ilə, digəri isə - Dövlət Qayğısı və İnsan Alveri Qurbanları, Zərərçəkənlər Agentliyinin müraciəti ilə.

Gürcüstanın Daxili İşlər Nazirliyi, hər bir cinayət işini və iş mühitini müəyyənləşdirmək üçün lazım olan bütün istintaq və prosessual tədbirləri təmin etdi və həyata keçirdi.

Hər bir halda çox sayda şahid sorğuya çəkildi, ekspertiza və digər tədbirlər həyata keçirildi. Lakin işin bu mərhələsində mümkün cinayət faktını müəyyənləşdirmək üçün kifayət qədər dəlil standartı yoxdur. Buna baxmayaraq, Daxili İşlər Nazirliyi, mümkün olan bütün cinayətləri hərtərəfli və obyektiv araşdırmaq üçün hər bir cinayət işi üzrə lazımi istintaq və prosessual tədbirləri davam etdirir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər