"Avropa Birliyi və NATO Ukrayna və Gürcüstanın ortaq hədəfidir və bu məqsədə doğru birlikdə hərəkət etməliyik".
InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal Twitter-də yazaraq, Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ilə görüşə münasibət bildirib.
“Spiker Kaxa Kuçava ilə görüşdə məqsədimizə çatmağın yollarını qeyd etdik. Ukrayna və Gürcüstan xalqının rifahı naminə vacib təşəbbüslərin dəstəklənməsinə görə minnətdarıq", -deyə Ukraynanın Baş naziri yazıb.
