Bolnisidə üç həkimdə koronavirus təsdiqlənib.
InterPress.ge xəbər verir ki, bu barədə İmedi TV-nin "Kronika" proqramının müxbiri Davit Kuraşvili bildirib.
Yoluxan həkimlərdən biri Tbilisidəndir və Bolnisi statistikasına aid deyil. İki tibb bacısının yoluxmasının mənbəyi araşdırılır.
Jurnalistin sözlərinə görə, Bolnisidə 7 nəfərin də Koronavirus üçün müayinəsi gözlənilir. Bolnisidə hazırda təsdiqlənmiş 12 koronavirus hadisəsi var.
