03 
Iyn
2021
15:06
335

Kaxa Kuçava Ukraynanın Baş naziri ilə görüşdü

Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava Ukraynanın Baş naziri Denis Şmiqal ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə parlament məlumat yayır.

Məlumata görə, tərəflər Gürcüstan və Ukrayna arasındakı dostluq və strateji tərəfdaşlığı müzakirə ediblər.

“Parlament çoxluğu və müxalifət nümayəndələrinin qatıldığı iclasda iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi və üçtərəfli Parlament Assambleyasının formatının aktivləşdirilməsi vurğulandı.

NATO-ya inteqrasiya prosesində əldə olunan irəliləyişi müzakirə etdilər və İttifaqa üzvlüyün iki ölkənin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etdilər.

Kaxa Kuçava, Gürcüstanın Qərbə inteqrasiyası prosesində dost ölkələrin dəstəyini və ölkənin 2024-cü ildə AB üzvlüyü üçün edəcəyi açıqlamanın vacibliyini vurğuladı", - bildirilir məlumatda.

Məlumata görə, tərəflər Ukrayna sərhədləri və müvəqqəti işğal olunmuş Krım ərazisindəki inkişaf proseslərini və Rusiyanın təcavüzkar hərəkətlərini müzakirə ediblər.

“Ukraynanın Baş naziri həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq arenada Ukraynaya verdiyi dəstəyə görə parlament sədrinə təşəkkür etdi və Ukraynanın Gürcüstanın Avropaya inteqrasiyasını fəal şəkildə dəstəkləyəcəyini təsdiqlədi. Pandemiyadan sonrakı dövrdə iqtisadi bərpa və turizm daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin aktivləşdirilməsinin imkanları və əhəmiyyəti qeyd edildi. Ukraynanın Baş naziri Gürcüstan Parlamentinin sədrini Ukraynaya səfərə dəvət etdi", - məlumada qeyd edilib.

Bizimlə əlaqə saxlayın