InterPress.ge xəbər verir ki, 50 yaşlı Lia Qaqnidze, koronavirus səbəbindən Tbilisidəki Respublika Xəstəxanasına aparılıb.
Xəstəliklərə Nəzarət Mərkəzinin Kaxeti şöbəsinin müdiri Neli Xizanişvilinin dediyinə görə, tibb bacısının ciyərləri zədələnib.
"Başlanğıcda Telavi Mərkəzi Xəstəxanasına aparıldı. Vəziyyəti stabil ağır idi. Tezliklə Tbilisiyə aparıldı, lakin təəssüf ki, onu xilas etmək mümkün olmadı", - dedi Xizanişvili.
