03 
Iyn
2021
13:27
786

Hansı məhsulların qiyməti bahalaşdı və ucuzlaşdı?

2021-ci ilin may ayında qida və alkoqolsuz içkilərin qiyməti əvvəlki ilin eyni dövrünə nisbətən 3,3 % bahalaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə Geostat məlumat verib.

Qiymətlər aşağıdakı alt qruplar üçün artıb:

Duru yağ və kərə yağ – (42.7 %)

Şəkər, mürəbbə və digər şirniyyatlar - (13.7 %)

Süd, pendir və yumurta – (8.0 %)

Qəhvə, çay və kakao – (8.0 %)

Balıq məhsulları – (7.6 %)

Mineral və dağ suyu, alkoqolsuz içkilər və təbii şirələr – (7.2%)

Ət və ət ət məhsulları – (6.0 %)

Çörək və çörək məhsulları – (5.8 %)

Eyni zamanda tərəvəz və bağ məhsullarında (-23,3 %), meyvə və üzüm məhsullarında isə (-20,9 %) ucuzlaşma müşahidə olunub.

Geostatın məlumatlarına görə, 2021-ci ilin may ayında əvvəlki aya nisbətən Gürcüstanda inflyasiya 0,7 %, illik inflyasiya isə 7,7 % təşkil edib.

Bizimlə əlaqə saxlayın